Diggiart Baku, toy, nişan, ad günü, baby shower, korporativ tədbir və digər xüsusi günlər üçün rəqəmsal dəvətnamə hazırlayan müasir onlayn platformadır. Biz inanırıq ki, hər xüsusi gün öz hekayəsinə və öz üslubuna layiqdir. Buna görə digital dəvətnamələrimizi yalnız məlumat paylaşmaq üçün deyil, tədbirinizin ab-havasını ilk baxışdan hiss etdirmək üçün hazırlayırıq. Məqsədimiz dəvət prosesini sadələşdirməklə yanaşı, qonaqlarınız üçün də yadda qalan ilk təəssürat yaratmaqdır.
Zövqünüzə uyğun dizayn, fərdiləşdirilə bilən məzmun və müasir rəqəmsal imkanlarla onlayn dəvətnamə təcrübəsini daha rahat və xüsusi edirik.

500+
Xoşbəxt istifadəçi
50+
Hazır şablon
5000+
Göndərilən dəvət
10+
Fərqli kateqoriya
24/7
Dəstək xidməti

Diggiart Baku
2026-cı ildə Bakıda yaradıldı
Hazır variantlardan birini seçməkdənsə, bizi və həmin günün ruhunu əks etdirən, daha fərqli və özəl bir dəvətnamə xəyal etdik. Axtardıq, düşündük, dizayn etdik və nəhayət, öz rəqəmsal dəvətnaməmizi hazırladıq. Elə həmin prosesdə düşündük: “Niyə bu hissi və imkanı başqaları ilə də paylaşmayaq?” Beləcə, bizim üçün sadəcə bir dəvətnamə olan fikir zamanla Diggiart Bakuya çevrildi. Bu gün Diggiart Baku ilə insanların ən xüsusi günlərinin ilk addımında qonaqlarını dəvət etdikləri anda onların yanında olmaq istəyirik. Hər dəvətnamənin arxasında bir hekayə, bir həyəcan, əmək və gözəl bir xatirə olduğuna inanırıq. Bizim hekayəmiz də elə bir xüsusi günün həyəcanından başladı.
Hər tədbir üçün fərdi rəqəmsal dəvətnamə təcrübəsi yaratmaq və xüsusi gününüzü ilk dəvətdən etibarən fərqli hiss etdirmək. Toy dəvətnaməsindən ad günü dəvətnaməsinə, nişan və digər tədbirlər üçün onlayn dəvətlərə qədər hər bir layihədə keyfiyyətli dizayn, rahat istifadə və fərdiləşdirməni bir araya gətiririk. Siz xüsusi anınızı planlayın, biz dəvətinizi rəqəmsallaşdıraq
Rəqəmsal dəvətnamə sahəsində Azərbaycanda müasir və yaradıcı platforma olmaq. Xüsusi günlərin dəvət ənənəsini texnologiya və kreativ dizaynla birləşdirərək insanların öz hekayələrini daha estetik, rahat və fərqli şəkildə paylaşa bildiyi bir rəqəmsal platforma yaratmaq.
Hər bir detala sevgi ilə yanaşırıq, çünki sizin anlarınız bizim üçün dəyərlidir.
Məlumatlarınızın və xüsusi anlarınızın təhlükəsizliyi bizim üçün prioritetdir.
Daim yenilənir, ən son texnologiyalarla sizə daha yaxşı xidmət edirik.
Ekoloji düşünür, təbiəti qorumağa töhfə verən həllər təqdim edirik.
Sadə, sürətli və istifadəçi dostu bir təcrübə yaratmağa çalışırıq.
Endirimlər, yeni şablonlar və faydalı məsləhətlər birbaşa e-poçtunuza gəlsin.
